15 iyn 2023 10:16
45 yaşlı məşhur tiktoker David Baerten ailəsinə və dostlarına ünsiyyətin vacibliyini təbliğ etmək üçün qəribə üsula əl atıb.
Metbuat.az xəbər verir ki, o, özü üçün dəfn mərasimi təşkil edib. Özünün öldüyü barədə yalan ortaya atan fenomen planı barədə yalnız həyat yoldaşına və uşaqlarına deyib. Baerten planı arvadı və uşaqlarına əvvəlcədən danışıb və o, plan üzrə onlarla birgə hərəkət edib. 45 yaşlı David Baerten öz dəfn mərasiminə helikopterlə gələrək ailəsini və dostlarını şoka salıb. Lakin tiktokerin davranışı birmənalı qarşılanmayıb. Onu tənqid edənlər də olub.