METBUAT.AZ

Dünya

​Pakistandan Qurani-Kərimin yandırılmasına etiraz

30 iyn 2023 12:36

Pakistan İsveçin paytaxtı Stokholmdakı məscidin qarşısında Qurani-Kərimin yandırılmasını "alçaq hərəkət" kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Pakistan Stokholmda Qurani-Kərimin yandırılmasını pisləyir. Bəyanatda deyilir ki, ayrı-seçkiliyə, nifrətə və zorakılığa sövq edən bu cür qəsdən hərəkətlərə “ifadə azadlığı və etiraz etmək hüququ” adı altında haqq qazandırmaq mümkün deyil. Açıqlamada beynəlxalq hüquq çərçivəsində dövlətlərin bu cür hərəkətləri qadağan etmək hüququ olduğu vurğulanıb.

Bəyanatda Pakistanın məsələ ilə bağlı narahatlığını İsveç səlahiyyətlilərinə çatdırdığı bildirilib.


metbuat.az.