METBUAT.AZ

Siyasət

"Pakistanla anlaşma memorandumu imzalayacağıq" -

15 iyn 2023 14:33

Pakistanla ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərəcək, bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində də böyük perspektivlərin olduğunu qeyd edib.


metbuat.az.