14 iyn 2023 12:15
Ermənistanın müdafiə naziri Suren Papikyan İran Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri ilə görüşüb.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, buna səbəb Zohurinin Ermənistandakı diplomatik fəaliyyətinin başa çatmasıdır.
Görüş zamanı tərəflər Ermənistan-İran əməkdaşlığının inkişafı və perspektivlərini müzakirə edib, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Görüşün sonunda nazir Papikyan Ermənistanda işlədiyi müddətdə Ermənistan-İran əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın səmərəliliyinin artırılmasına görə səfir Zohuriyə təşəkkür edib.