26 iyn 2023 16:19
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefonda danışıb.
Metbuat.az Erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər regional məsələlərdən, o cümlədən Ermənistan və İran arasında münasibətlərin gələcək inkişafı və gündəlikdəki məsələləri müzakirə ediblər.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıblar.