METBUAT.AZ

Ölkə

Pasport və şəxsiyyət vəsiqələrinin qiyməti ucuzlaşacaq? -

9 iyn 2023 09:11

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.

Bu dəyişiklik pasport və yeni nəsil şəxsiyyət vəsiqəsilərinin qiymətlərində hər hansı ucuzlaşmaya səbəb ola bilərmi?

Metbuat.az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli bu dəyişikliyin qiymətlərin ucuzlaşmasına səbəb olacağını ehtimal etmir. Onun sözlərinə görə, bu addım bahalaşmanın qarşısını almaq üçün atılıb: "Mən düşünmürəm ki, dəyişiklik pasport, yeni nəsil şəxsiyyət vəsiqəsilərinin azalmasına səbəb olsun. Çünki artıq qiymətlər təsdiqlənib. Sadəcə bahalaşmanın qarşısını almaq üçün atılan addımdır. Çünki dünyada kağızın qiyməti artır. Həmçinin, bu vəsait dövlət büdcəsindən ödənilirdi. Düşünürəm ki, sadəcə pasport və yeni nəsil şəxsiyyət vəsiqəsilərinin qiymətlərinin artmasının qarşısının alınması üçün ƏDV-dən azad edilib. Qiymət azalması gözləmirəm".

Xatırladaq ki, ümumvətəndaş pasportu 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. 10 iş gününə 60 manat, 5 iş gününə 120 manat, 1 iş gününə 210 manatdır. Vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 iş gününə 5 manat, üç iş gününə görə 50 manat, 1 iş gününə görə isə 70 manatdır.

Gülər Seymurqızı


metbuat.az.