26 iyn 2023 14:49
2023-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 % artaraq 12 milyard 10,3 milyon manat olub.
Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37 % hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 % fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 % isə paytaxtın məhsul bazarlarında satılıb.