METBUAT.AZ

Hadisə

Piyadanı vurub qaçan sürücü saxlanıldı -

8 iyn 2023 10:54

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Metbuat.az xəbər verir ki, DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə hadisəsini törədərək qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.