METBUAT.AZ

Hadisə

Pul mənimsəməkdə təqsirləndirilən sabiq vəzifəli şəxs və qızına hökm oxundu

9 iyn 2023 14:57

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadəyə hökm oxunub.

Metbuat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edək ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib.

İttihama görə, onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FinEx Kredit"in pulunu mənimsəyib.

Xatırladaq ki, M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.


metbuat.az.