METBUAT.AZ

Hadisə

Qadın alveri edən "Toppus Günel"ə bu

7 iyn 2023 17:35

Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gülnarə Məmmədovaya (şərti ad-soyadlı) hökm oxunub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3500 manat pul cəriməsi cəzasına məhkum edilib.

Bildirilib ki, “Toppuş Günel” ləqəbi ilə tanınan G.Məmmədovanın cinayət işi üzrə 3 zərərçəkmiş qadın var. O, həmcinslərini bir neçə il ərzində pul qazanma qarşılığında Bakıda və Abşeron rayonunda müxtəlif ünvanlarda fahişəliyə cəlb edib.

Zərərçəkmiş şəxslər məhkəmədə G.Məmmədovadan şikayətçi olmadıqlarını bildiriblər.


metbuat.az.