7 iyn 2023 11:43
Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.
Metbuat AFFA-nın saytına istinadla xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı “Yanis Skredelis” stadionunda Latviya yığması ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.