METBUAT.AZ

Gündəm

"Qan tökülməməsi üçün geri qayıdırıq" -

24 iyn 2023 21:55

"Vaqner" özəl hərbi təşkilatının döyüşçüləri Moskvaya doğru hərəkəti dayandıraraq öz bazalarına geri dönürlər.

Metbuat.az bildirir ki, bunu təşkilatın rəhbəri yevgeni Priqojin özünün Teleqram kanalında açıqlayıb. O, bu addımı qan tökülməməsi üçün atdığını bildirib.

Qeyd edəkki, Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.


metbuat.az.