20 iyn 2023 11:33
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Metbuat.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada birinci mərhələnin 15 cütü müəyyənləşəcək.
Yarışa bu mərhələdən qatılacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinəcək. Q.Qurbanovun komandası "səpələnmişlər" səbətində yer alacaq. Artıq "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşib. Bunlar "səpələnməmişlər" səbətində yer alan aşağıda adları qeyd edilən komandalardır:
“Linkoln Red İmps” (Cəbəllütariq)
“Rakov” (Polşa)
"Valmiera” (Latviya)
“Larn” (Şimali İrlandiya)
“Svift" (Lüksemburq)
Xatırladaq ki, iyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.