METBUAT.AZ

İdman

"Qarabağ"ın rəqibi bəlli oldu -

20 iyn 2023 16:24

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu bu raundda Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.


metbuat.az.