21 iyn 2023 14:33
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq. II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.