METBUAT.AZ

Ölkə

Qarabağa növbəti köç haradır?

7 iyn 2023 10:00

Ağdam rayonunun 27, Füzuli rayonunun isə 21%-i minalardan təmizlənib.

Metbuat.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Onun sözlərinə görə, ilin sonunadək 800-dən çox ailənin oraya köçürülməsi nəzərdə tutulur. Proses iki mərhələdə baş tutacaq. Sentyabr ayınadək ilk mərhələdə 260 ailənin Füzuliyə köçürülməsinə başlanılır:

"Ağdam da paralel proseslər gedir. Şəhər daha böyük olduğu üçün daha böyük infrasturuktur işləri tələb olunur. 2024-cü ilin sonu 2025-ci ilədək ilk ailənin köçürülməsi planlaşdırılır".

2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır.

Emin Hüseynov əlavə edib ki, həm Hadrut, həm də Tuğda bu il tikintiyə start veriləcək.


metbuat.az.