METBUAT.AZ

İdman

“Qəbələ”də növbəti ayrılıq

7 iyn 2023 13:25

“Qəbələ” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.

Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.


metbuat.az.