12 iyn 2023 10:45
Son günlər məktəblərdə valideynlərin şagirdlərin gözü önündə müəllimlərə qızıl "hədiyyə"si naraqılıqlara səbəb olub. Vətəndaşların bir qismi valideynləri, digər bir qismi isə müəllimləri qınayır.
Metbuat.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu kimi addımlar müəllimlərin nüfuzuna xələl gətirir: "Hesab edirəm, ki, öncə müəllimlərimiz bu məsələlərdə diqqətli olmalıdırlar. Hər bir müəllim bilməlidir ki, belə addımın atılması müəllimin nüfuzuna xələl gətirən məsələdir. Təəssüf ki, hələ də biz zaman-zaman müəllimizlə bağlı belə hallar baş verdiyini müşahidə edirik. Xoşagəlməz haldır".
Onun sözlərinə görə, məsələ ciddi şəkildə araşdırılmalı və tədbir görülməlidir:
"Əgər ortalıqda rüşvət faktı varsa, müəllimlə bağlı ciddi tədbir görülməlidir. Valideynlər isə çalışmalıdırlar ki, səbəb və niyyətindən asılı olmayaraq belə məsələlərdən uzaq dursunlar. Müəllimin vəzifəsidir ki, dərs desin və dövlətdən də maaş alsın. Belə hallar olanda isə həm müəllimin nüfuzuna xələl gəlir, həm də Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər yaranır. Ona görə. bütün tərəflərin üzərinə məsuliyyət düşür".
Gülər Seymurqızı