9 iyn 2023 11:06
"Vətən müharibəsindəki qələbədən 3 il keçməsinə baxmayaraq boşluqdayıq".
Metbuat.az xəbər verir ki, bunu Rasim Balayev "Söz sizdə"də qonaq olarkən deyib. Onun sözlərinə görə, hələ də Vətən müharibəsində iştirak edən, şəhid olan igidlərimizlə bağlı kino sahəsində boşluq var:
"Bizim yaralı yerimizdir. Kino sahəsində çox boşdayıq. Biz onları ekrana gətimrəliyik. Onların çəkdiyi psixoloji durumları, qəhrəmanlıqları həm bugünkü, həm də gələcək nəsillərə göstərməliyik ki, sənin torpağın qanla, qəhrəmanlıqla alınıb. Bu mənada biz kino işçiləri utanc vəziyyətindəyik. Hesab edirəm ki, qələbəldən artıq 3 il keçməsinə baxmayaraq boşluqdayıq".