METBUAT.AZ

Dünya

Rusiya MN-dən "Vaqner"in döyüşçülərinə

24 iyn 2023 10:10

Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Vaqner" PMC-nin döyüşçülərinə müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Siz Priqojinin cinayətkar macərasına və silahlı üsyanda iştiraka aldandınız. Bir neçə dəstədən olan bir çox yoldaşlarınız daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməkdə səhvlərini artıq başa düşdülər. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”


metbuat.az.