METBUAT.AZ

Dünya

Rusiya ordusu bu ölkəyə hücum edə bilər

19 iyn 2023 12:02

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, NATO-ya üzv olmaq istəyən İsveç diqqətçəkən hesabat yayımlayıb.

Metbuat.az xəbər verir ki, İsveç parlamentinin müdafiə komitəsinin hazırladığı hesabata görə, Rusiyanın İsveçə hücum etməsi mümkündür. Hesabatda Rusiyanın quru qüvvələrinin prioritetinin Ukrayna olduğu, İsveçə qarşı müxtəlif növ hücumların mümkün olduğu bildirilib.

“Rusiyanın hələ də İsveçə hava qüvvələri, dəniz donanması, uzaq mənzilli silahları ilə hücum edə biləcək imkanları var” -hesabatda deyilir.

Hesabatda İsveçin Skandinaviya ölkələri və Avropa Birliyi əvəzinə NATO ilə daha yaxın olmasının vacib olduğu və yeni hərbi doktrinanın həyata keçirilməsinin vacibliyi vurğulanıb.


metbuat.az.