30 iyn 2023 11:36
Rusiya ordusu tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb:
“Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”.