16 iyn 2023 16:42
Kolumbiyanın paytaxtı Boqota yaxılığında yerləşən Soaça rayonunda adı açıqlanmayan polis uydurma ittihamlar irəli sürdüyü iş adamından pul tələb edib.
Metbuat.az xəbər verir ki, iş adamı isə məsələ barədə digər polislərə məlumat verib. İş adamı “rüşvəti” polisə verdikdən sonra əraziyə korrupsiya ilə mübarizə qrupları gəlib. Rüşvət alan polis dəlilləri məhv etmək üçün adlığı pulu yeyib. Sosial şəbəkələrdə paylaşılan videoda polis günahsız olduğunu iddia edərək “Mən heç nə götürməmişəm... Nə danışdıqlarını bilmirəm” deyir. Pul boğazında ilişib qaldığı üçün polis əməkdaşı nəfəs almaqda çətinlik çəkib.
Xəstəxanaya aparılan polisin mədəsindən 500 min peso dəyərində əskinaslar çıxarılıb.