12 iyn 2023 11:48
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycanın Şahdağ Milli Parkına gətirilən zubrlardan üçünün balası dünyaya gəlib.
Metbuat.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, artıq milli parkda zubr balalarının sayı 8-ə çatıb. Balalar sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub:
“İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilmişdi. Hazırda zurbların sayı 44-ə çatıb”.
Xidmət rəsmisinin sözlərinə görə, Avropa zubru Azərbaycanın “Qırmızı Kitab”ının yeni çapdan çıxmış 3-cü nəşrinə daxil edilib.