9 iyn 2023 12:01
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Metbuat.az xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı risklərin idarə olunması sistemi formalaşdırılır, bu sahədə yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, şəffaflıq artırılır, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyərinin ödənilməsi nəzərdə tutulur.
Bundan başqa, dəyişikliklərdən sonra yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq, eyni zamanda yoxlama zamanı sahibkarın hüquq və vəzifələri də müəyyənləşir.