27 iyn 2023 23:43
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” Macarıstanın “Ferencvaroş” klubu ilə yoxlama görüşü keçirib.
Metbuat.az xəbər verir ki, 3:3 hesabı ilə bitən qarşılaşmada Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev etdiyi səhvlə gündəmə gəlib.
Belə ki, qolkiper irəli çıxaraq topu uzaqlaşdırmaq istəsə də, bunu bacarmayıb və rəqib hesabı bərabərləşdirib. Şahruddinin bu səhvi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.