METBUAT.AZ

Hadisə

Şamaxıda avtomobil aşdı -

11 iyn 2023 21:17

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.