METBUAT.AZ

Mədəniyyət

"Səyavuş Ofeliyaya aktrisa ilə xəyanət edib" -

9 iyn 2023 17:21

"Səyavuş Aslanın böyük bir səhvi olmuşdu. O, teatrda çalışan bir aktrisa ilə yaxınlıq etmişdi. Bunu da onun həyat yoldaşı Ofeliya Aslan (mərhum Əməkdar artist - red.) bilmişdi. Ofeliya həmin aktrisa ilə səhnəyə çıxırdı. Tərəf müqabili idi. Məsələ böyüdü və onlar boşanmaq həddinə gəlib çatdılar. Ondan sonra isə Ofeliya tərəfindən Səyavuş bağışlanmadı".

Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Portret" yutub layihəsində deyib. O, mərhum Xalq artisti Səyavuş Aslanın həyat yoldaşına həmkarı ilə xəyanət etməsindən danışıb:

"O aktrisa da dünyasını dəyişib. Amma gərək o aktrisa Səyavuşla yaxınlıq etməzdi. O ailəyə gərək o zərbəni vurmazdı. Bir gün isə Səyavuşun bir müğənni ilə yaxınlıq etməsi ilə bağlı söhbəti çıxdı. Güya Səyavuş həmin qadın müğənni ilə yaşayır. Mən Kübra bunu görmədim, hiss etmədim.

Ofeliya bunlardan sonra çox dəyişdi. O ancaq intiqam almaq istəyirdi. Ofeliya onu bağışlamaq istəmədi. İllər keçdi bu şeylər onun içində böyüdü, sonra da Ofeliyanın bütün sinir sistemini pozdu. Artıq Ofeliyada bəzi hadisələr başladı. Biz bunu Səyavuşa heç cür deyə bilmirdik. Bilirsiniz, Səyavuş Ofeliya Psixiatriya Xəstəxanasına yerləşdiriləndə necə ağlayırdı? Səyavuş asfaltın üstündə yerimirdi, sanki o havada gəzirdi. İnsanın belə bir halı olur, heç kimi görmürsən, heç kimə salam vermək istəmirsən.

O, çox pis halda idi. Ofeliya Siyavuşu bağışlamadı. Amma Siyavuşa bu addımı atmağa məsləhət verdilər. Siyavuş getdi həkimlərlə danışdı. Eşidəndən sonra arvadı Ofeliyada bu hadisələr baş verib, ona yardım etmək istədi. Amma Ofeliya bunu da səhv başa düşdü".

Qeyd edək ki, Ofeliya Aslan 71 yaşında ürək tutmasından dünyasını dəyişib.


metbuat.az.