METBUAT.AZ

İqtisadiyyat

Sığorta sektorunda risklərin idarə edilməsi sistemi təkmilləşdiriləcək

9 iyn 2023 12:42

Azərbaycanın sığorta sektorunda risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, katastrofik risklər üçün ayrıca ehtiyatların yaradılması təklif olunur.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bundan başqa, onun sözlərinə görə, sığorta sahəsində müstəqil ekspertlər institutunun inkişaf etdirilməsi, korporativ idarəetmə sistemini Azərbaycan Mərkəzi Bankının müəyyən etməsi də təkliflər sırasındadır.


metbuat.az.