26 iyn 2023 14:52
Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Metbuat.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun”.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.
Rəcəb Tayyip Ərdoğanın prezident seçildikdən sonra iyunun 13-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə liderini müşayiət edənlər arasında Sinan Oğan da var idi.