15 iyn 2023 10:07
Elektron siqaretlər son 8-10 ildə gənclər arasında daha çox yayılmağa başlayıb. Elektron siqaretlər ilk dəfə bazara siqareti tərgidən firmalar tərəfindən təklif edilib. Bir neçə il sonra əks təsirləri aşkarlandığı üçün bu fikir təkzib olunub. Bu siqaretlərin tərkibinə gəlincə, 3 komponent var. Bir komponenti içində litium olan batareyalardır, ikincisi alovlandırıcı mexanizmadır, üçüncü hissə nikotin olan və ya olmayan, fərqli çeşidli dadlandırıclar, efirlər olan kartoş hissəsidir. Hardasa dünyada təxminən 500-ə yaxın elektron siqaret firması mövcuddur. Xalq arasında yanlış bir təfəkkür var. Elə sanılır ki, elektron siqaretlərdəki buxar normal siqaretdəki tüstüdən daha zərərsizdir. Ancaq elə deyil. Elektron siqaretlərin içərisindəki buxar əslində, fərqli sprey, parfüm, ətirlərin, həşərat öldürücülərinin içində olan onların mexanizm kimi aerozuldur. Yəni bunlar zərrəciklər, partüküllər, damlacılaqdan ibarət olan kimyəvi maddələrdir. içlərində çox yüksək ziyanverici, toksik maddələr var. Hansı ki biz onları içimizə çəkdiyimizdə ağızdan, burundan tutmuş traxeobrunxial sistemin selikli qişasına, alveollara qədər oturan fərqli yerlərdə fərqli şəkildə izyan verən damlaçıqlar və ya zərrəcikıər var. Elektron siqaretlərin içərisində olan nikotin nisbətinə görə ortalam 1 ele siqaretu 30 dəfə içimizə çəkəndə bir siqaretdəki qədər nikotini qəbul etmiş oluruq. Biz bu zaman sadəcə tütün qəbul etmirik, eyni zamanda fərqli kimyəvi maddələr qəbul etmişik olur. Elektron siqaretlərin likvillərinin içərisində 7 minə yaxın fərqli- fərqli dadlandırıcılar var . Bunlar müştəriləri cəlb etmək üçün bazar strategiyasıdır. bu maddələrin bir çoxunun xərçəngə gətirəcək maddələr olduğunu unutmamalıyıq.Buna görə də ÜST elektron siqareti, siqareti təvsiyə etmir. Bu səbəbdən də ÜST tərəfindən patentləşdirilən heç bir elektron siqaret məhsulu yoxdur.
Araşdırmalara görə, elektron siqaretin içərisindəki nikotinin formulu və dozası normal siqaretdən də çox asılılıq yaradır. Nikotin adrenalin, dofamin kimi maddələrin ifrazına səbəb olur və beyində zövq mərkəzləri aktivləşir və insan bundan həzz alır. Bu da elektron siqaretlərə olan asılığı artırır. Dünyada və Azərbaycanda elektron siqaretlərin gənclər tərəfindən istifadəsi ildən-ildə artır. Gənclər bununla sağlamlıqlarına ziyan vursalar da, istifadə davam edirlər. Elektro siqaret nə dərman, nə dərman firmaları , nə də sağlamlıq firmaları tərəfindən istehsal edilmir. Bu siqaret firmalarının istehsal etdiyi maddədir. Nə qədər çox satsalar, bir o qədər müştəri çox tapılmır. Ona görə də həmin firmlar üçün istifadəçilər üçün asılılıq yaradıb-yaratmayacağı önəmli deyil.Heç siqaret çəkməyən gənclər elektron siaretin daha az ziyanlı olduğunu düşünərər istifadə edirlər. Gündə onlarla gənclər görürük ki, ailələrindən gizlik elektron siqaretlər çəkirlər. Fərqində olmadan artıq nikotin bağımlısı olurlar. bir müddətdən sonra siə siqaretə keçirlər. Araşdırmalar göstərir ki, hətta elektron siqaret istifadəçiləri bir müddətdən sonra narkotikə də meyl sala bilir. Hətta elektron siqaret istifadə edən reproduktiv yaşda olan qadınları sonsuzluğa apara bilir. Elektrin siqaret istifadə edən şəxslərdə xronik ürək xəstəlikləri, depressiya, miokat infarktın artma riski var. Elektron siqaret ağzciyər xərçəngi başda olmaq, astma və xornik bronxit xəstəliklərinə gətirib çıxarır, ağız və diş əti üzərində də təsiri vadır. Ailələrin, toplumun bilgiləndirilməsi, məktəblərdə maarifləndirmə aparılmalı, satışına nəzarət edilməlidir.