METBUAT.AZ

Sağlamlıq

Son sutkada kovid əleyhinə vaksin

19 iyn 2023 16:53

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 966 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 813, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 028, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 266 nəfər təşkil edir.


metbuat.az.