METBUAT.AZ

Dünya

Şoyqu ABŞ-ı hədələdi

20 iyn 2023 15:48

“Rusiya Federasiyası və Krıma “HİMARS” və “Storm Shadow” raketləri ilə hücumlar ABŞ və Böyük Britaniyanın münaqişədə tam iştirakı deməkdir”.

Metbuat.az bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O bildirib ki, belə olan halda Rusiya Ukraynadakı qərar qəbul edilən mərkəzlərə zərəblər endirəcək. Şoyqunun sözlərinə görə, Rusiya ərazilərinə “HİMARS” və “Storm Shadow” raketləri ilə zərbələr endirilə biləcəyinə dair məlumatlar var. Şoyqu bəyan edib ki, bu raketlərin Rusiyanın həyata keçirdiyi “xüsusi əməliyyat” zonası xaricində istifadəsi, ABŞ və Böyük Britaniyanın münaqişədə iştirakı deməkdir.

Yüksək rütbəli hərbçilərlə görüşdə danışan Şoyqu bildirib ki, Ukrayna ordusu bu ay Rusiya hərbçilərinin mövqelərinə 263 hücum həyata keçirib və bütün hücumlar dəf edilib.


metbuat.az.