14 iyn 2023 16:32
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyaya qarşı əks-hücumları barədə danışıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Ukrayna Rusiyaya qarşı əks-hücumları zamanı nə qədər çox ərazi qazansa, Rusiya prezidenti Vladimir Putinin danışıqlar masasına oturması bir o qədər mümkün olacaq. Stoltenberq əks-hücumların Ukrayna üçün çətin olacağını qeyd edib.
“Ukraynalılar nə qədər çox torpaq əldə edərsə, Rusiya prezidenti Putinin danışıqlar masasına oturmalı və Ukraynada ədalətli və davamlı sülhü qəbul etməli olduğunu bir o qədər çox anlayar" - Stoltenberq deyib.
Stoltenberq ABŞ-a alyansa və Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.