METBUAT.AZ

Siyasət

Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi oldu -

20 iyn 2023 11:55

"2020-ci il noyabrın 9-da mən Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım".

Metbuat.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Pşainyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib. O qeyd edib ki, Azərbaycanın Şuşanı azad etməsi müharibədə dönüş nöqtəsi olub:

"Əlbəttə, Şuşanın süqutu prosesi dönüş rolunu oynadı.Çünki Şuşa təkcə simvolik məna daşımırdı, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaq, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alınacaqdı. 9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhd idi".


metbuat.az.