10 iyn 2023 21:29
Aparıcı Günay Malikqızı doğum günündə arzusuna çatdığını vurğulayıb.
Metbuat.az xəbər verir ki, 45 yaşı tamam olan Günay özəl gününü Laçında qeyd etdiyini bildirib. Aparıcı həyat yoldaşı ilə birgə fotolarını sosial media hesabında paylaşaraq bu sözləri yazıb.
"Arzular reallaşır! "O gün olsun Laçında ad günü keçirdəsən" deyənlər, o gün oldu. 45 -i Laçında qarşıladım. Deməli, bundan sonra gələn hər il daha gözəl olacaq. Gözəl nə deməkdir? Canımız sağ, Vətənimiz firavan, günümüz xoş olsun. Laçın cənnətdir. Ad günü keçirtmək üçün yer axtarmayın, hamınız bura gəlin".