7 iyn 2023 07:14
Aparıcı Emil Şahzadə xanımı ilə bağlı paylaşım edib.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesablarında birgə fotolarını izləyiciləri ilə bölüşən Emil evlilik ildönümü olduğunu vurğulayıb:
“06.06.2015-ci il tarixində “Ailə” adlı kitabın müəllifi olmaq qərarına gəldik. 8 ildir ki,yeni səhifələri yazmaqdayıq. Bu kitabın əsas qəhrəmanı və ömür-gün yoldaşı olduğuna, mənə ata sevincini yaşatdığına görə sonsuz minnətdarlığımı bildirirəm, əzizim. 8 rəqəmi sonsuzluğu simvolizə edir, sənə olan sevgim və hörmətim kimi, istəkli Könülüm!”.