21 iyn 2023 00:29
Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib. O, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.
Metbuat.az xəbər verir ki, "TV Musavat"ın baş redaktoru, aparıcı Sevinc Telmanqızı canlı efirdə vaxtilə "kəndli, şəhərli" açıqlaması ilə gündəmdən düşməyən Bəhram Bağırzadəni sərt tənqid edib.
"Bəhram Bağırzadəyə səslənirəm ki, futbolda, küçədə edə biləcəklərinizi toyxanada etməyin. Çünki orda bəy, gəlin, yaşlı insanlar var... Fərqli görünmək üçün əndazəni aşmaq lazım deyil".
Daha ətraflı videoda:
Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu. "Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - deyə o söyləmişdi.