METBUAT.AZ

Media

Tanınmış baş redaktor Zülfüqar Hüseynzadə qəfil

18 iyn 2023 11:43

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyindən əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.

Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi.


metbuat.az.