14 iyn 2023 13:30
Bu günə qədər 20 minə yaxın tələbə təhsil tələbə kreditindən faydalanıb.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, onların 57 faizi xanım tələbələrdir:
"Həmin kreditlərin 36 faizi sosial, digər hissəsi standart tələbə kreditidir".