METBUAT.AZ

Hadisə

Toya aparmadıqlarına görə intihar etmək istədi

11 iyn 2023 14:02

Ağstafa rayonunda yeniyetmə oğlan intihara cəhd edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü A.Q özünü asaraq intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun yaxınları tərəfindən toya aparılmadığı üçün özünü asaraq intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.