10 iyn 2023 11:47
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida Cənub Dairə Məhkəməsinin ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədi qanunsuz saxlamaqda ittiham edib.
İttihamlara əsasən, ABŞ administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.
Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var.