METBUAT.AZ

Ölkə

Tullantılar üçün süni göllər harada yaraılmalıdır? -

21 iyn 2023 12:40

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə narazılıq edib. Sakinlər tullantılar üçün yaradılan süni gölün ekoloji problemlərindən narahatdırlar.

Bəs zavod, fabrik tullantıları üçün nəzərdə tutulan süni göllər harada yaradılmalıdır?

Metbuat.az-a danışan ekoloq İslam Mustafayev bildirib ki, süni göllər üçün xüsusi yer ayrılmalıdır: "Süni göllər yaşayış yerlərinə yaxın yaradıla bilməz. Zavodun sanitar mühafizəsində belə göllər yaradılır. Orada çökdürmə yolu ilə müxtəlif texnikalarla suyu təmizləyirlər, yenidən istifadə edirlər. Təbii ki, həmin ərazilərdə xüsusi texnikalarla işlər aparılır".

Gədəbəydə yaradılan süni göllə bağla danışan ekoloqun sözlərinə görə, sözgedən ərazidə ehtiyatı əldən vermək olmaz: "Gədəbəy bizimdir. Əhali də, ərazi də. Bildiyim qədərilə orada mükəmməl texnika çalışır. Amma yenə də ehtiyatı əldən vermək olmaz".

İslam Mustafayev həmçinin Ermənistanın Naxçıvanla sərhəddə zavod tikintisinə toxunaraq bildirib ki, mütləq şəkildə ərazi nəzarət olmalıdır:

"Ermənistanda olan mədən sənayesinin təkcə suları yox, tullantıları ilə Oxçuçayı çirkləndirirlər. Ermənistan isə bütövlükdə Xəzər dənizi hövzəsində daxildir. Ona görə də bütün sular Xəzər dənizinə tökülür. Həmin ərazilərdə mütləq nəzarət təşkil edilməlidir".

Gülər Seymurqızı


metbuat.az.