9 iyn 2023 16:28
Qırğızıstanda dövlət çevrilişinə hcəhd edənlərin FƏTÖ-yə bağlı olduğu məlum olub.
Metbuat.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, həbsdə olan Gülcigit İsakov FƏTÖ adından fəaliyyət göstərib və onun Türkiyəni hədəfə almaq cəhdləri olub. İsakovun Beyşənəliyev vasitəsilə Türkiyəyə qarşı lobbiçilik etdiyi qeyd edilib. Bildirilir ki, saxlanılanların FƏTÖ-yə yaxınlığı ilə tanınan keçmiş prezident Almazbek Atambayevlə bağlantısı var. Qeyd edək ki, Qırğızıstanda keçirilən əməliyyatlar zamanı 30-dan çox şübhəli saxlanılıb. Onların arasında 4 fəal, o cümlədən əsas təşkilatçı kimi tanınan Eldik Keneş (Xalq Məclisi) partiyasının sədri Roza Nurmatova da var.
Qeyd edək ki, Mövlud Çavuşoğlu xarici işlər naziri işləyərkən "Məsələn, Qırğızıstanda orada çevriliş cəhdi edə bilərlər. Qırğızıstanda çevriliş olarsa, bunu FETÖ edəcək" demişdi. Atambayev isə ölkəyə rəhbərlik edərkən Türkiyənin FƏTÖ-nün dövlət çevrilişi edə biləcəyi ilə bağlı xəbərdarlığını “absurd” adlandırmışdı.