11 iyn 2023 11:04
Türkiyənin Aydın şəhərinin Kuşadası rayonu sahillərində Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 07:42-də qeydə alınıb.
Dəniz səthinin 7,52 kilometr dərinliyində olan zəlzələnin episentrinin Aydının Kuşadası rayonundan 9,98 kilometr uzaqlıqda olduğu müəyyən edilib.