17 iyn 2023 10:00
İstirahət ayları yaxınlaşdıqca Azərbaycandan xaricə, xüsusilə Türkiyəyə gedənlərin sayı artır. Quru sərhədlərin bağlı olduğunu da nəzərə alsaq, vətəndaşlar hava nəqliyyatı ilə hərəkət edirlər.
Metbuat.az hazırda Türkiyəyə biletlərin qiymətini araşdırıb. Məlum olub ki, biletlərin qiyməti sabiq deyil. "AZAL"ın rəsmi saytında apardığımız müşahidələrə görə, həftənin günlərinə görə olan bilet qiymətləri arasında kəskin fərq var. Şənbə və bazar günləri olan uçuşların qiyməti çox zaman 600-700 manat arası dəyişir.
Şirkətin aşağıbüdcəli aviaşirkəti olan "Buta Airways"də Bakıdan İzmirə uçuş qiymətləri 300 manatdan başlayır 700 manatadək davam edir.
Bakıdan İstanbula uçuş qiymətləri də olduqca bahadır. "Buta Airways"dən fərqli olaraq AZAL-dakı qiymətlərdə kəskin artım var.
Turistlərin ən çox üz tutduğu Antalya və Bodruma gəlincə, bilet qiymətləri "əl yandırır". İyun ayının sonunadək olan biletlər içərində "AZAL"da biletlər 500 manatdan başlayır 900 manatadək davam edir.
"Buta Airways" hər hansı bir gün üçün 400 manatdan yuxarı olan biletlərin qiyməti "AZAL"da 600 manatdan başlayır.
Qeyd edək ki, bu qiymətlər sadəcə bir istiqamətdə nəzərdə tutulan gediş biletləridir.
EditEditEdit