METBUAT.AZ

Dünya

Ukrayna ordusu kəndləri işğaldan azad etdi

26 iyn 2023 15:07

Donetsk vilayətinin Rivnopil kəndi Ukrayna ordusu tərəfindən azad edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib. Malyar sosial media hesabında qeyd edib ki, Ukrayna ordusu şərq cəbhəsində bir sıra uğurlar qazanıb. "Rivnopil kəndi müdafiə qüvvələrimizin nəzarətinə keçib. İrəliləməyə davam" - Nazir müavini Malyar yazıb.

Qeyd edək ki, Ukrayna ordusunun bundan əvvəl daha bir neçə kəndi ələ keçirdiyi barədə məlumatlar verilib.


metbuat.az.