METBUAT.AZ

Dünya

Ukrayna ordusu strateji körpünü bombaladı

22 iyn 2023 11:38

Ukrayna ordusu əks hücumlar zamanı Böyük Britaniyanın verdiyi uzaq mənzilli raketlərdən istifadə edir.

Metbuat.az xəbər verir ki, Ukrayna ordusu “Storm Shadow” raketi ilə Xerson bölgəsini Krımla birləşdirən körpüyə zərbə endirib. Məlumata görə, hücumdan sonra körpü sıradan çıxıb. Rusiya tərəfindən təyin olunmuş Xerson qubernatoru Vladimir Saldo bildirib ki, hücumdan sonra körpüdən istifadə dayanıb. Nəqliyyat başqa istiqamətə yönəldilib.

Hücumdan sonra itkilər barədə məlumat verilməyib.


metbuat.az.