METBUAT.AZ

Dünya

Ukrayna ordusu yaşayış məntəqələrini işğaldan azad etdi

19 iyn 2023 11:38

Ukrayna ordusunun cənub cəbhəsində işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı 8-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib. O bildirib ki, Ukrayna ordusu son bir həftə ərzində həm hücum, həm də müdafiə əməliyyatları həyata keçirib. Rusların Baxmut istiqamətində irəliləməsini dayandırmaq üçün şərqə əlavə qüvvə yerləşdirildiyini ifadə edən Malyarın sözlərinə görə, bu istiqamətdə qarşıdurmaların intensivliyi azalıb. Rus ordusunun Liman, Kupyansk, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirdiyinə diqqət çəkən Malyar, bu bölgələrdə Ukrayna ordusunun mövqe itirmədiyini bildirib.


metbuat.az.