1 iyn 2023 15:08
“Ukrayna Rusiya ərazisinə hücum edə bilər. Bu, Ukraynanın özünümüdafiə hüququdur”.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. O bildirib ki, Rusiyanın Ukraynaya müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Stoltenberqin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə hücumu Kiyevin özünümüdafiə hüququdur və bu hüquq BMT Nizamnaməsində qeyd olunub.
Stoltenberq bəyan edib ki, NATO Ukraynanı dəstəkləyir və dəstəkləməyə davam edəcək.